Milli Xokkey Liqasında növbəti oyunlar keçirilib. Maraqla gözlənilən qarşılaşmalardan biri Denverdə olub. Qərb divizionda ön pillələrdə gedən yerli “Kolorado Evalanş” komandası “Los Anceles Kinqs”i qəbul edib.

“Kolorado Evalanş” “Los Anceles Kinqs”lə üz-üzə gəlib. İlk hissəni  meydan sahibləri 1-0 öndə başa vurublar. İkinci periodda hücumlarını bir qədər də sürətləndirən Kolorado xokkeyçiləri daha iki qol vurmaqla üstünlüklərini möhkəmləndiriblər. Sonuncu dövrəyə isə qonaqlar fəal başlayıblar. Məğlubiyyətdən xilas olmağa çalışan “Kinqs” hissənin əvvəlində rəqib qapısına yol tapmaqla fərqi minimuma endirib. Lakin  Los Anceles xokkeyçilərinin bundan artığına gücü çatmayıb. Əvəzində isə ev sahibləri daha bir  qol vurublar. Nathan MakKinnon yekun nəticəni müəyyən edib: “Kolorado Evalanş” – “Los Anceles Kinqs”  4-1

Bu nəticə ilə  “Kolorado Evalanş” Qərb divizionunda 3-cü pilləyə yüksəlib. Los Anceles Kinqs 5-cidir. Sözügedən divizona  isə “Veqas Qolden Nayts” başçılıq edir.